Dünya

Gənc qız asqırdıqdan sonra öldü -

Metbuat.az

Türkiyədə ürək çatışmazlığından əziyyət çəkən gənc qız asqırdıqdan sonra ölüb.

Metbuat.az Türkiyə KİV-nə istinadla bildirir ki, Qamze Kalaycı ürək çatışmazlığına görə müalicə alıb. Gənc qız ailəsilə evdə söhbət edərkən asqırıb və anidən vəziyyəti pisləşib.

Xəstəxanaya aparılan Kalaycının infarkt keçirdiyi və beyninə laxta getdiyi məlum olub. Həkimlərin səyinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Gənc qızın cənazəsi doğulduğu şəhərdə torpağa veriləcək.

Məşhur aktyor vəfat etdi - 79 yaşında