Dünya
Filippində torpaq sürüşmələri nəticəsində ölənlərin
Filippinin Cebu bölgəsində Manqhut qasırğasının səbəb olduğu torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100-ü ötüb. Çox sayda insan itkin düşüb.
Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, onların axtarışları davam edir. Bildirilir ki, şiddətli yağışlar üzündən baş verən torpaq sürüşmələri 1 qızıl mədəninin də dağılmasına səbəb olub.
Təkcə mədəndən 50-yə qədər cəsəd çıxarılıb. Yeni tropaq sürüşmələri təhlükəsi olduğundan xilasedicilər ehtiyatla işləmək məcburiyyətində qalır.
Sübhan / METBUAT.az