Dünya

Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər

Metbuat.az

Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib ki, ölkəsinin rəhbərliyi Krım məsələsi ilə bağlı Moskvanın mövqeyini dəstəkləyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o bunu "İzvestiya"ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Fələstin tərəfi Krımda nələrin baş verdiyini çox yaxşı bilir və xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edir.

Abdel Hafiz, həmçinin vurğulayıb ki, gələcəkdə Fələstinin Krımın Rusiyaya məxsusluğunu rəsmən tanıması ikitərəfli əsasda öz həllini gözləyən problemli məsələlərin müzakirəsindən sonra mümkün ola bilər.

Milli.Az