Digər

"Əsəd Rusiyanı peşman edəcək"- Sabiq nazir

Metbuat.az

"Bəşər Əsədə bu qədər dəstək verdiyi üçün Rusiya bir gün peşman olacaq"

Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu sözləri Suriyanın sabiq baş naziri Riyad Hicab yerli mətbuata açıqlama verərkən deyib.

O bildirib ki, Əsəd rejiminin bu qədər geniş himayəyə, dəstəyə ehtiyacı yoxdur: "Rusiya gec-tez Bəşər Əsədin bütün bu dəstəyə layiq olmadığını anlayacaq və onu bu qədər himayə etdiyi üçün peşman olacaq. Rusiya artıq başa düşür ki, Suriyada vəziyyət o rejimin uğursuz addımları ucbatından pisləşir. Əsəd rejimi öz maraqları naminə tərəfdarlarının, eləcə də bütün xalqın əleyhinə gedə bilər. Bəşər Əsəd və onun komandirləri də yaxşı bilir ki, bu gün hamı rus xüsusi qüvvələrinin himayəsindədir. Dəməşqdəki Baş Qərargaha belə rus qüvvələri nəzarət edir".

Könül