Digər

Əsəd ordusu ilə PKK arasında döyüşlər başladı

Metbuat.az

Bu gün səhər saatlarında Suriyada Bəşər Əsəd ordusu ilə YPG/PKK terrorçuları arasında silahlı toqquşmalar başlanıb.

Publika.az
xəbər verir ki, toqquşma Haseke şəhərinin Kamışlı bölgəsində baş verib.

Silahlı toqquşmada Əsəd ordusunun 7 əsgərinin öldüyü, terrorçular arasında yaralananların olduğu deyilir.

Yerli mənbələr toqquşmanın Əsəd ordusunun Kamışlıda gəncləri həbs etməsindən sonra başladığını deyir.

Qeyd edək ki, Əsəd rejimi ilə YPG Haseke şəhərini birlikdə idarə edir. Kamışlı bölgəsində Əsəd ordusuna məxsus hərbi aerodrom və birlik yerləşir.

Asif