Ölkə

Ermənistan prezidenti Qarabağa gəldi

Metbuat.az

Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, A.Sarkisyan Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

"Tərəflər əməkdaşlıq və Yerevanla Xankəndi arasında əlaqələrin dərinləşməsinə aid olan məsələləri müzakirə ediblər", - xəbərdə vurğulanıb.

Milli.Az