Ermənistan polisi KİV-lərə basqın etdi
Ermənistanın hüquq-mühafizə orqanları bu gün səhər saatlarından başlayaraq “Yerevan.Today” xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə saytın redaksiyası məlumat yayıb.
Qeyd olunub ki, axtarışların səbəbi Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədardır.
Ermənistan təhlükəsizlik qüvvələri “Yerevan.Today”in həmin səs yazısını digər KİV-lərdən 2 gün öncə yayımladığını iddia edir. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyir və xəbərin başqa medialarla eyni zamanda yerləşdirildiyini bildirir.
Həmçinin vurğulanır ki, “Qraparak” qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər KİV-lərdən 5 gün əvvəl yayımlamaqda ittiham olunurlar.
Ermənistanın hüquq-mühafizə orqanları hesab edir ki, hamıdan əvvəl səs yazısını yayan “Yerevan.Today” və “Qraparak” məsələ ilə bağlı öncədən məlumatlı olub. Onların səsi məxfi şəkildə yazan şəxslə birbaşa əlaqəsinin olduğunu ehtimal edilir. Bu səbəbdən də media qurumlarına qarşı yoxlama aparılır.
Bakıdakı TIXACIN SƏBƏBİ - "İctimai nəqliyyatın prestiji qaldırımalıdır" - Oxumaq üçün tıkla