Ərdoğandan XƏBƏRDARLIQ: Bu türk ölkəsində çevriliş hazırlanır
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan FETÖ terror
təşkilatının Qırğız Respublikasında dövlət çevrilişi edə biləcəyini
açıqlayıb.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Saamitinin keçirildiyi
Qırğız Respublikasında çıxışı zamanı deyib.
O, Türkiyənin heç bir dost ölkəsində FETÖ-nü görmək istəmədiklərini
vurğulayıb.
“Biz ədalət istəyirik. Onlar xain və alçaqdırlar. 15 iyulda bizdə
çevriliş etmək istəyənlər, sabah eyni şeyi burada da edə bilərlər.
Bunlar çox xain təşkilatdır. Qırğız vətəndaşlarının Türkiyəyə
məhəbbətlərini istismar edən FETÖ-nün bir an öncə təmizlənməsi
lazımdır. FETÖ mövcud olduğu hər ölkə üçün təhlükədir. Siz bizim
qardaşlarımızsınız. 15 iyulda bizdə çevriliş etmək istəyənlər sabah
eyni addımı burada ata bilərlər. Diqqət edin!”, - deyə Türkiyə
lideri Qırğız həmkarına bildirib.
Asif