Ərdoğan milyonlarla müsəlmanı BELƏ XİLAS ETDİ - Böyük vəhşətə günlər qalmış...
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya
prezidenti Vladimir Putinin Soçi görüşü İdlibdə böyük toqquşmanın
qarşısının alınması ilə nəticələndi.
Publika.az xəbər verir ki, Ərdoğanla Putin İdlibin
silahsızlaşdırılması üzərində razılaşıblar.
- 15 oktyabrdan etibarın İdlibdə müxaliflərlə Əsəd gücləri arasında
silahsız bölgə yaradılacaq.
- Ağır silahlar İdlibdən çıxarılacaq.
- Türk və rus əsgərləri bölgədə təhlükəsizliyi təmin edəcək.
- İdlibə hərbi müdaxilə olmayacaq.
Razılaşmanın əsas mənzərəsi belədir. Putinin açıqlamalarından məlum
olur ki, bu təkliflə Türkiyə çıxış edib.
Rusiya bir ay öncəyə qədər “Suriya ordusundan başqa əlindən silah
olan hər kəs hədəfdir” deyirdi. Lakin indi əldə olunan razılaşma
Türkiyənin diplomatik mübarizənin qalibi olduğunu göstərir.
Türkiyəli yazar Mehmet Acer yazır ki, bu razılaşmaya nail olan
Ərdoğan bundan sonra böyük qəhrəman olacaq.
“Birincisi, Ərdoğan təkcə müharibənin qarşısını almadı, həm də
milyonlarla sivil insanın həyatını xilas etdi. İkincisi, Türkiyəyə
gələcək yeni köç dalğasının qarşısını aldı. Üçüncüsü, Astana
prosesinin ruhu qorundu və Qərb ittifaqlarının oyununu pozdu.
Dördüncüsü, Türkiyə Suriya masasında daha güclü bir oyunçuya
çevrildi. Beşincisi, İdlibə qurudan hücuma keçmək istəyən Əsədin
planları baş tutmadı”, - deyə o bildirib.
Asif