Ölkə

Elmar Məmmədyarov Nyu-Yorkda Helqa Şmit ilə görüşüb

Metbuat.az

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi Helqa Şmit ilə görüşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.

Milli.Az