Ölkə

Ələtdə “KamAZ” yol ayırıcısına çırpıldı, sürücü öldü

Metbuat.az

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi "KamAZ" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Milli.Az