Digər

Əfqanıstanda partlayış: 4 ölü, 18 yaralı

Metbuat.az

Əfqanıstanın Kabil şəhərində döyüş klubunda partlayış baş verib.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, paytaxtın 13-cü məhəlləsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəcib Daniş bildirib ki, partladıcı qurğu terrorçu kamikadze tərəfindən işə salınıb.

Hələlik heç bir silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.