Dünya

Əfqanıstanda Moldova helikopteri qəzaya uğrayıb

Metbuat.az

Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəza zamanı helikopterdə olan 10 sərnişin və 2 ekipaj üzvü ölüb, iki nəfər isə sağ qalıb.

Bildirilir ki, "Valan International Cargo Charter" şirkətinə məxsus helikopter Məzari-Şərif şəhərindəki aviabazadan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az