Deputat: “İlham Əliyevin Xorvatiyaya səfərinin əhəmiyyəti olduqca böyükdür”
“Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin
əhəmiyyəti olduqca böyükdür”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Azərbaycan liderinin bu səfəri iki ölkə
arasındakı münasibətlərdə yeni inkişaf mərhələsinin başlanğıcı
olacaq.
“Azərbaycan və Xorvatiya arasındakı münasibətlərin inkişaf edir.
İki ölkə arasında bütün sferalar üzrə - siyasi, iqtisadi, elmi,
mədəni, humanitar – geniş əməkdaşlıq var. Dövlət başçısının səfəri
bu əməkdaşlığın daha yüksək səviyyədə inkişafına təkan verəcək”, -
deyə deputat vurğulayıb.
M. Qasımlı əlavə edib ki, Xorvatiyanın yerləşdiyi Balkan yarımadası
dünyanın mühüm geosiyasi bölgələrindəndir: “Azərbaycan Balkan
regionunda bir sıra mühüm layihələr həyata keçirir. Hesab edirəm
ki, Azərbaycan liderinin Xorvatiyaya səfəri ikitərəfli
münasibətlərin inkişafında mühüm rol oynayacaq”.