Ölkə

Dəfn zamanı ərazini zibilləyənlər cərimələnəcəklər

Metbuat.az

Azərbaycanda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəlləyə əlavə edilən yeni - 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaq.

Milli.Az