Ölkə
"Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir"
ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğan bildirib ki, münaqişənin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir.
Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu bu problemin həlli üçün hələ də səmərəli addım atmayıb.
Milli.Az