Dünya

Çinin ABŞ-a cavab olaraq tətbiq etdiyi gömrük rüsumları

Metbuat.az

Bu gündən Çinin ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumlarının artırılması qərarı qüvvəyə minir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Çindən idxal olunan 200 milyard dollarlıq məhsula əlavə gömrük rüsumunu tətbiq etməsi qərarından sonra, Pekin də 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə vergi tətbiq edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi növbəti əlavə gömrük vergisi də bu gündən qüvvəyə minir. Tramp bir neçə müddət öncədən Çindən idxal olunan daha 200 milyard dollarlıq məhsula əlavə gömrük vergisinin tətbiq olunacağını açıqlamışdı. Yeni qərara görə, Çindən idxal olunan 200 milyard dollar məbləğində məhsula 10 faiz həcmində yeni rüsum tətbiq olunacaq.

Məlumata görə, 2019-cu ilin əvvəlindən isə rüsum 10 faizdən 25 faizə qaldırılacaq. Əgər Çin tərəfi cavab tədbirləri görsə, 267 milyard dollar həcmində yeni rüsum nəzərdə tutulub. Trampın sözlərinə görə, ABŞ ticarət nümayəndəliyi belə nəticəyə gəlib ki, Çin texnologiyalar və əqli mülkiyyət sahəsində Birləşmiş Ştatlara qarşı haqsız siyasət aparır.

Günay Elşadqızı / METBUAT.AZ