Dünya
Çində zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb
Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb.
Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, zəlzələ ölkənin Yunnan vilayətində baş verib. Hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib:
Bildirilir ki, 4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb. Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb".