Digər

Çində güclü daşqın - 5 ölü, 16 itkin

Metbuat.az

Çinin Yunnan əyalətində daşqınlar 5 nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, güclü yağışlardan sonra baş verən daşqınlar nəticəsində 5 nəfər xəsarət alıb, 16 nəfər isə itkin düşüb.

Bundan əlavə, daşqınlar elektrik təchizatı, rabitə və nəqliyyatda problemlər yaradıb, evlərin və yolların dağılmasına səbəb olub.

Hazırda axtarış-xilasetmə işlər aparılır.