Dünya

Çində daşqınlar 5 nəfərin ölümünə səbəb olub

Metbuat.az

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində daşqınlar 5 nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, güclü yağışlardan sonra baş verən daşqınlar nəticəsində 5 nəfər xəsarət alıb, 16 nəfər isə itkin düşüb.

Bundan əlavə, daşqınlar elektrik təchizatı, rabitə və nəqliyyatda problemlər yaradıb, evlərin və yolların dağılmasına səbəb olub.

Hazırda axtarış-xilasetmə işlər aparılır.

Milli.Az