Dünya

Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

Metbuat.az

Çexiyada təyyarə qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, Tepliça şəhəri yaxınlığında qeydə alınıb.

Yüngülmühərrikli idman təyyarəsinin yerə çırpılaraq yanması nəticəsində 1 nəfər ölüb. Şahidlərin sözlərinə görə, enmədən əvvəl manevr edən təyyarəçi küləyin əks təsirini düzgün hesablaya bilməyib.

Hadisənin səbəbini aviasiya ekspertlərindən və polis təhqiqatçılarından ibarət komissiya araşdırır.

Milli.Az