Cənubi Sudanda illərdir davam edən
Cənubi Sudandakı tərəflər aylardır davam edən yeni sülh müzakirələri çərçivəsində yekun sülh razılaşmasını imzalayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopianın paytaxtı Ədis-əbəbədə təşkil olunan 33-cü Hökumətlər Arası İnkişaf Nüfuzu Dövlət və Hökumət başçıları iclasında bir araya gələn müxalif lider Riek Maçar və dövlət başçısı Salva Kiir Mayardit sülh razılığına imza atıblar.
Birləşmiş Millətlər Cənubi Sudan missiya rəhbəri Devid Şearer bildirib ki, də imzalanan müqavilə sülh yolunda yalnız bir addımdır, bunu həyata keçirmək isə ən çətin məsələdir.
Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Sudan prezidenti Salva Kiir Mayarditin 16 dekabr 2013-cü ildə müavini Riek Maçarı çevrilişə təşəbbüs iddiası ilə vəzifədən çıxardıqdan sonra ölkədə vətəndaş müharibəsi başlamışdı.
Günay Elşadqızı / METBUAT.AZ