Dünya
Cənubi Koreya İrandan xam neft alınmasını dayandırıb
Cənubi Koreya iyun ayından bəri İrandan xam neft almağı dayandırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Yonhap agentliyi İranın Neft Nazirliyinə istinadla yayıb. Cənubi Koreyanın İran ilə neft ticarətini dayandırmasına səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.
İranın Neft Nazirliyi ABŞ-ın 2015-ci ildə əldə edilmiş nüvə anlaşmasından çıxmasından sonra İrandan neft alınmasını dayandıran ilk ölkənin məhz Cənubi Koreya olduğunu bəyan edib.
Milli.Az