Dünya

Cənubi Koreya İrandan neft idxalını dayandırdı

Metbuat.az

Bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, iyulda Cənubi Koreyanın İrandan sutkalıq neft idxalının həcmi 194 min barel təşkil edib ki, bu da ölkəyə Hindistan və Çinlə birlikdə ilk 3-lüyə daxil olmağa imkan verib.

Qeyd edək ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı növbəti sanksiyaları qüvvəyə minəcək. Sanksiyalar İrandan neft idxalının məhdullaşdırılmasını da ehtiva edir.

"ABŞ-la yaxşı münasibətlər Cənubi Koreya üçün prioritetdir. Ölkənin milli təhlükəsizliyi ABŞ-la hərbi alyansdan asılıdır. Odur ki, İrandan neft idxalı dayandırılıb", - deyə Cənubi Koreyanın Energetika İqtisadiyyatı İnstitutunun əməkdaşı Kim Cekunq bildirib.

Milli.Az