Ölkə

Bu il Azərbaycanda 10 qadın oğurluğu törədilib

Metbuat.az

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 12844 cinayət faktı qeydə alınıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, qeydə alınmış cinayətlərdən 13-ü adam oğurluğu ilə bağlıdır.

Rəsmi məlumata görə, həmin faktlardan 10-u evlənmək məqsədilə qadın oğurluğu (qızqaçırma) kimi sənədləşdirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu faktların statistikası aparılarkən Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsaslanıblar.

Milli.Az