Ölkə

Bu ərazilərdə su olmayacaq

Metbuat.az

Bu gün Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, həmin ərazilərdə içməli suyun verilməsində yaranacaq problem Sabunçu rayonunda yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.