Dünya
Bu dəmir yolları birləşdirilir
"Seul və Pxenyan dəmir yollarının birləşdirilməsi üzərində işləyirlər".
Milli.Az Trend-ə istindən xəbər verir ki, bunu Koreya Respublikasının ərazi, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Çjon Rel Vladivostokda keçirilən Beynəlxalq iqtisadi forumda çıxışı zamanı bəyan edib.
O qeyd edib: "Bizim ölkələrimiz dəmir yollarının birləşdirilməsi üzrə işləri yerinə yetirirlər. Hazırda bu layihə çərçivəsində birgə araşdırma aparılır, həmçinin Hasan-Racin məntəqəsində konkret iş görülüb".
Nazir, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya ilə birləşmiş dəmir yolları infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.
Milli.Az