Ölkə
BTQ ilə bir ildə nə qədər yük daşınıb? - RƏSMİ
"Oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının 1 ili tamam olur. Bu müddət ərzində 3 min vaqondan çox yük daşınıb. Bu rəqəm azdır. Bizi qane etmir".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.
"Bizim bədxah qonşularımız ermənilər əvvəllər Rusiya mətbuatında yazdırırdılar ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalarda Azərbaycan Rusiyanı ötüb keçəcək. Əslində, Rusiya yükdaşımada Qars yollarına daha çox maraq göstərir", -deyə Cavid Qurbanov vurğulayıb.