Ölkə
"Binə" Ticarət Mərkəzinə gedən yolda qəza olub - Tıxac var - FOTO
Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı iki avtomobil toqquşub.
"Hyundai" və "Kia Rio" markalı avtomobillərin toqquşması nəticəsində "Binə" Ticarət Mərkəzinə gedən istiqamətdə tıxac yaranıb.
Qəzada ciddi xəsarət alan olmayıb.
Milli.Az