Dünya
Belçikada yanğınsöndürənlər
Belçikanın paytaxtı Brüsseldə dövlət işçiləri üçün nəzərdə tutulan güzəştlərin ləğv edilməsinə qarşı etiraz aksiyası təşkil olunub.
Metbuat.az xarici KİV-lərə itinadən xəbər verir ki, nümayişlərdə yüzlərlə etirazçı iştirak edib. Aksiyalara dəstək verən yanğınsöndürənlərin polisin qurduğu maneələri keçməyə çalışması toqquşmalara yol açıb.
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Qarşıdurma zamanı aralarından polislər də olmaqla çox sayda insan xəsarət alıb.
Sübhan / METBUAT.az