Dünya
Belçikada limanda partlayış - Ölən və yaralananlar var
Belçikanın Antverpen şəhərində liman zonasında partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Qeyd olunur ki, partlayış liman zonasında yerləşən tullantıların təkrar emalı müəssisəsində baş verib.
Partlayışdan sonra yanğının başladığı deyilir. Hadisənin baş vermə səbəbləri məlum deyil.
Milli.Az