Ölkə

Balakəndə 15 otaqlı ev yanıb

Metbuat.az

Balakən rayonunda ev yanıb.

Milli.Az bildirir ki, FHN-dən Trend-ə verilən məlumata əsasən, rayonun Katex kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 15 otaqlı evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az