Ölkə

Bakıda qanunsuz tikili söküldü - VİDEO

Metbuat.az

Bakıda qanunsuz tikililərin söküntüsü davam edir. Bir müddət əvvəl söküntü işlərinin aparıldığı Xətai rayonunda daha bir obyektin sökülməsi üçün qərar verilib. Sözügedənobyektin hərəkətə mane olduğu üstəlik qanunsuz tikildiyi bildirilib.

Heç bir sənədi olmadan üçüncü mərtəbəyə qədər tikilib..

Söhbət paytaxtın Xətai rayonu Ramiz Quliyev küçəsində yolun demək olar ki, hərəkət hissəsində yerləşən obyektdən gedir. Məhkəmənin qərarı ilə bu tikilinin sökülməsinə başlanılıb. Səbəb isə həmin obyektin qanunsuz inşa olunmasıdır.

Ötən gündən ağır texnikanın vasitəsilə həmin obyekt sökülüb. Bu gün isə dağıntıların təmizlənməsi aparılır. Ərazidə yaşayan sakinlər də tikintinin ətrafa təhlükə saçdığını deyirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov onu da qeyd etdi ki, bu cür qanunsuz tikintilərin sökülməsi prosesi paytaxtın bütün rayonlarında mərhələli şəkildə aparılacaq.

Milli.Az