Ölkə

Bakıda qadın yoxa çıxan ərini axtarır

Metbuat.az

Bakıda 68 yaşlı kişi itkin düşüb.

Publika.az xəbər verir ki, Xətai rayonu Zığ yolu küçəsində yaşayan 55 yaşlı İlhamə Nəzərova (adlar şərtidir) 36-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib. Qadın qeyd edib ki, birlikdə yaşadığı həyat yoldaşı, 68 yaşlı Yusif Nəzərov 2 gün əvvəl mənzili tərk edib və ondan xəbər tutmaq mümkün olmayıb.

İ.Nəzərova həyat yoldaşının fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.