Ölkə

Bakıda mənzildən qadın meyiti tapılıb

Metbuat.az

Bakı şəhərinin Yasamal rayonunda mənzildə qadın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az