Ölkə
Bakıda küçə və prospektlərdə tıxac davam edir, avtobuslar gecikir
Bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.
Metbuat.az xəbər verir ki, bu barədə Trend-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".