Ölkə
Bakıda “Gelandevagen”lə köməksiz gənci belə xilas etdilər - VİDEO
Bu gün Bakıda yağan güclü leysan yağışları bəzi fəsadlar yaratmaqla yanaşı, insaların xoş əməlləri ilə də yadda qalıb.
Belə hadisələrdən biri paytaxtın mərkəzi küçələrindən birində baş verib.
Kadrlardan da görünür ki, güclü yağış yol keçməyə çalışan gənci aparır və o təhlükə ilə üzləşir. Hadisəni görən "Mersedes Gelandevagen” markalı avtomobilin sürücüsü isə dərhal ona yaxınlaşaraq, avtomobilə mindirir və həmin təhlükəli yerdən xilas edir.(oxu.az)