Bakıda bəzi həyət evlərini su basa bilər - VİDEO
Bakının bəzi rayonlarında evlər subasma təhlükəsi ilə qarşı-qarşıyadır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sabunçu, Xəzər və Binəqədi rayonlarında subasma prosesinin dinamikasinda gərginlik müşahidə olunur.
Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.
Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, payız aylarında yağıntıların başlaması ilə sözügedən ərazilərdə evlərin həyətləri su ilə dola bilər.
Əziz Qaralov onu da bildirdi ki, subasma təhlükəsinin olması yeni salınan yaşayiş sahələrində bəzi amillərin nəzərə alınmaması səbəbindən yaranır. Hazırda isə Bakıda bəzi yaşayış yerlərində sürüşmə prosesində də aktivlik müşahidə edilir. Bayıl yamacında isə mütəmadi olaraq müşahidələr aparılır.
Əziz Qaralovun sözlərinə görə, yağıntıların başlaması ilə digər rayonlarda da subasma və sürüşmə prosesinin aktivləşəcəyi istisna edilmir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: