Ölkə

Bakıda avtomobillər dağıntı altında qaldı - ŞOK GÖRÜNTÜLƏR

Metbuat.az

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində daha bir uçqun hadisəsi baş verib.

Publika.az xəbər verir ki, “Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib.