Ölkə
Bakıda avtomobil 28 yaşlı oğlanı vurub
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Dadaşov Babək Novruz oğlu Binəqədi-Novxanı yolunda naməlum avtomobil tərəfindən vurulub.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az