Ölkə
Bakıda 28 yaşlı oğlanı maşın vurdu
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. 1990-cı il təvəllüdlü Dadaşov Babək Novruz oğlu Binəqədi-Novxanı yolunda naməlum avtomobil tərəfindən vurulub.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (report)