Ölkə

Bakı sakini 41 yaşlı qonşusunu öldürüb qaçdı

Metbuat.az

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.

1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunun Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində D.Abuzərov S.Qədirovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az