Ölkə

Bakı mundialında 9 italiyalı cüdoçu qüvvəsini sınayacaq

Metbuat.az

İtaliya yığması Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək idmançıların adlarını açıqlayıb. Mətbuat.az-ın xəbərinə görə Bakı mundialında 9 italiyalı cüdoçu tatamidə gücünü sınayacaq.

Məşqçilər korpusu mötəbər yarışda kişilərdə Andrea Karlino (60 kq), Matteo Medves (66 kq), Fabio Basile (73 kq), Antonio Esposito (81 kq) və Nikolas Munqaiyə (90 kq), qadınlarda Franseska Milani (48 kq), Odetta Giuffrida (52 kq), Edviqe Qvend (63 kq) və Karola Paissoniyə (70 kq) şans verib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.