Ölkə
Bakı metrosunda qatarları daha az gözləyəcəksiniz
Gələn həftədən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək.
Milli.Az xəbər verir ki, bunu report-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: "Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan keçən qatarların sayı isə 30 cütə çatdırılacaq".
Metronun sözçüsü "Xətai" stansiyasının təmirə bağlanması üçün də işlərin getdiyini də bildirib.
Milli.Az