Ölkə
Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Milli.Az