Ölkə
Azərbaycanda ŞOK HADİSƏ: 5 yaşlı qız faciəvi şəkildə öldü
Abşeron rayonunda 5 yaşlı qız avtomobil vurması nəticəsində ölüb.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Qobu qəsəbəsi ərazisində Kürdəmir rayon sakini idarə etdiyi “VAZ” markalı avtomobillə 2013-cü il təvəllüdlü Nuray Güləliyevanı vurub. Ehtiyatsızlıq nəticəsində avtomobilin altında qalan azyaşlı hadisə yerində keçinib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.