Ölkə

Azərbaycanda bu məhsulların reklamı qadağan edildi

Metbuat.az

Azərbaycanda reklamı qadağan olunan əmtəələrin siyahısına əlavələr olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"nda dəyişiklik edilib.

Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Siyahıya yeni - 16-cı (Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr) hissə əlavə edilib:

1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar,

2. İşlənilmiş batareyalar,

3. İstifadə olunmuş şinlər

4. İşlənilmiş sürtkü və mühərrik yağları.

Milli.Az