Ölkə

Azərbaycan və Yaponiyanın XİN rəhbərləri görüşüb

Metbuat.az

Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tara Kono arasında görüş başlayıb.

XİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində Taro Kononun digər rəsmi şəxslərlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycanda ikigünlük rəsmi səfərdədir.