Digər

Azərbaycan və Yaponiyanın xarici işlər nazirlərinin görüşü keçirilir

Metbuat.az

Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tara Kono arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, təkbətək keçirilən görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Qeyd edək ki, yaponiyalı nazir sentyabrın 2-dən Cənubi Qafqaz ölkələrində səfərdədir. T.Kono əvvəlcə Ermənistanda və Gürcüstanda olub. Bu, Yaponiya XİN rəhbərinin Ermənistan və Gürcüstana ilk səfəridir.

O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.