Ölkə

Azərbaycan və Aİ arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı

Metbuat.az

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq.

Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Milli.Az